
Bakı. Trend:
“Yelo Bank”, qadın sahibkarlara dəstək və onların şəbəkələşmə
imkanlarını genişləndirmək missiyası çərçivəsində növbəti
netvörkinq görüşünü keçirib. Azərbaycanda Qadın Sahibkarlığının
İnkişafı Assosiasiyası (AQSİA) ilə birgə təşkil olunan “Tea Talk”
formatlı görüşün bu dəfəki qonaqları səhiyyə sektorunda fəaliyyət
göstərən uğurlu xanım sahibkarlar olub.
Tədbirin əsas məqsədi xanım sahibkarlar arasında peşəkar
əlaqələri gücləndirmək və müxtəlif biznes sahələrindəki təcrübələri
bölüşməkdir. Görüşün xüsusi qonağı olan TƏBİB-in Korporativ
əməkdaşlıq şöbəsinin rəhbəri Nigar Rüstəmli öz karyera yolu,
qarşılaşdığı çətinliklər və qazandığı maraqlı təcrübələr haqqında
danışıb. Səmimi söhbət mühitində keçən görüş iştirakçılar üçün həm
motivasiya, həm də yeni işgüzar perspektivlər baxımından faydalı
olub.
Bu cür görüşlər xanım sahibkarların bir-birindən öyrənməsi və
ortaq ideyalar ətrafında birləşməsi üçün yaradılan dəyərli bir
platformadır. “Yelo Bank” qadın sahibkarların inkişafına və onların
cəmiyyətdəki rolunun güclənməsinə yönəlmiş təşəbbüsləri hər zaman
dəstəkləməyə davam edəcək.
Bankdan tecili kredit
istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

