G7 ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard dollara yaxın kredit ayırıb

Baş səhifə

Bakı. Trend:

“Böyük Yeddilik” ölkələri (G7) 2025-ci ildə Ukraynaya ERA
proqramının (borcların Rusiyanın dondurulmuş aktivlərinin faizləri
hesabına bağlanmasını nəzərdə tutan proqram) xətti ilə təqribən 40
milyard dollar həcmində kredit ayırıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin
saytında məlumat dərc olunub.

Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsinin
maliyyələşdirilməsinin ən böyük mənbəyi G7 ölkələrindən ERA
proqramı üzrə ayrılmış 37,9 milyard dollar həcmində kreditlər
olub:




“Bu vəsait qismən dövlət borcu kimi uçota alınır. Bundan əlavə,
Avropa İttifaqından (Aİ) 12,1 milyard dollar məbləğində
maliyyələşmə təmin edilib”.

Qeyd edək ki, bundan əvvəl Aİ ölkələri 2026–2027-ci illərdə
Ukraynanın maliyyələşdirilməsini 90 milyard avro səviyyəsində təmin
etmək barədə qərar qəbul ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir