Bakıda pəncərədən girərək 2300 manatlıq qızıl oğurlayan şəxs tutuldu (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum
şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat
dəyərində qızıl-zinət əşyalarını talayıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən,
əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov
saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi
ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin
olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu
törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik
mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış
anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.




Faktla bağlı araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir