
Bakı. Trend:
ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında çəkilmiş
“Melaniya” adlı yeni sənədli film gözlənilməz rekord edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, “Rotten Tomatoes” film resenziyaları və
reytinqi platformasında sözügedən film son 27 il ərzində
tənqidçilərlə tamaşaçıların qiymətləndirmələri arasındakı ən böyük
fərqi nümayiş etdirib.
Film tənqidçilər tərəfindən cəmi 10 faiz bəyənilsə də,
tamaşaçılar ona 99 faiz qiymət veriblər.
“Independent” nəşri bu kəskin fərqi ABŞ prezidenti Donald Trampa
göstərilən dəstəyin ifadəsi ilə əlaqələndirir.
Tamaşaçılar bildirirlər ki, filmdə birinci xanımın andiçmə
gününə necə hazırlaşdığını və uşaqlara necə kömək etdiyini görmək
onlar üçün maraqlı olub.

