Ukraynanın dövlət borcu 213 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

Ukraynanın dövlət borcu 213,3 milyard ABŞ dollarına yüksəlib. Bu
2024-cü ilin sonuna olan göstərici ilə müqayisədə az qala 30 faiz
çoxdur.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Ukraynanın Maliyyə Nazirliyinin məlumatına görə, 31 dekabr
2025-ci il tarixinə ölkənin dövlət və dövlət tərəfindən zəmanət
verilmiş borcunun ümumi həcmi 9,042 trilyon qrivna, yaxud 213,3
milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə
müqayisədə 29,5% (dollar ekvivalentində 28,4%) artım anlamına
gəlir.

2025-ci ildə Ukraynanın dövlət borcu 47,3 milyard dollar artıb
və bu artım əsasən Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən
göstərilən maliyyələşdirmə hesabına baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir