
Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim
edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı
tədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Laçın
(Laçın-Həkəri-Zəngilan yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax,
Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı Atuc kəndi (Quba) –
Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Bildirilir ki, Bakı–Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol”
MMC;
Bakı–Laçın marşrutu üzrə hüquqi şəxs “Qarabağ Bus” MMC;
Mingəçevir–Horadiz marşrutları üzrə fiziki şəxslər Hüseynova
Yeganə Nasib qızı və İsgəndərov Roman Şükür oğlu;
Gəncə–Qazax marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqif
oğlu və Bayramov Həsən Rəsul oğlu;
Qazax–Gəncə marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiq
oğlu və Yolçuyev Asəf Rəfayıl oğlu;
Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi
bazar) marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC qalib elan
olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

