
Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları
dəyərində bitumlu süxurlardan əldə olunmuş 3,838 min ton xam neft
və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövrü ərzində Gürcüstan Azərbaycandan ən çox neft idxal
edən ölkələrin sırasında 21-ci yer tutub.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.
Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.
Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.

