
Goranboy rayonunda Gənclər Gününə həsr olunan festival
keçirilir.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, “GəncFest” adlanan festival
çərçivəsində gənclər üçün müxtəlif fəaliyyət zonaları qurulub.
Festival zamanı iştirakçılar hərbi-vətənpərvərlik, yaradıcılıq,
stolüstü oyunlar, intellektual müsabiqələr, interaktiv təlimlər və
əyləncə zonalarında asudə vaxtlarını səmərəli keçiriblər.
Tədbirin davamında gənclər üçün konsert proqramının keçirilməsi
və atəşfəşanlığın təşkil olunması planlaşdırılıb.
Qeyd edək ki, “GəncFest” fevralın 3-ü və 4-də Goranboy rayonunda
baş tutacaq.

