“Pfizer” bir neçə piylənmə dərmanının təsdiqini hədəfləyir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin iri dərman istehsalçısı “Pfizer” COVID-19 məhsullarına
tələbatın azalması və bir sıra köhnə dərmanlarının patent
müddətinin başa çatmasına baxmayaraq, müsbət maliyyə nəticələri
əldə etdiyini açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, şirkət bundan əvvəl yaxın illərdə
çətinliklərlə üzləşəcəyini və 2029-cu ilə qədər gəlir artımına
qayıtmağı gözləmədiyini bildirmişdi.

“Pfizer” bu dövrü yeni blokbaster dərmanların hazırlanması ilə
geridə qoymağı planlaşdırır. Bu istiqamətdə əsas ümidlərdən biri
piylənməyə qarşı dərmanlardır.




“Pfizer” ötən il piylənmə dərmanı istehsalçısı “Metsera”
şirkətini almaq üçün 10 milyard dollar sərmayə yatırıb və bu sahədə “Novo Nordisk” ilə gedən rəqabətdə üstünlük əldə edib. Şirkət
bununla sürətlə böyüyən arıqlama dərmanları bazarında mövqeyini
gücləndirməyi hədəfləyir.

Qeyd edək ki, şirkət 2028-ci ildə bir neçə potensial piylənmə
dərmanının təsdiqini almağı planlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir