Tərkibində emulqator, süni rəngləndirici və dadlandırıcı olan qidalar asılılıq yaradır – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Ultra emal olunmuş qidalar siqaret kimi asılılıq yaradır.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Yeni araşdırmalara görə, ultra emal olunmuş qidalar (UPF)
siqaret kimi asılıq yaradır və ictimai sağlamlıq baxımından daha
ciddi tənzimləməyə ehtiyac var.




UPF-lər əsasən sənaye üsulu ilə istehsal olunan, tərkibində
emulqatorlar, süni rəngləndiricilər və dadlandırıcılar olan
qidalardır. Bu kateqoriyaya qazlı içkilər, çipslər, peçenyelər və
digər qablaşdırılmış qəlyanaltılar daxildir.

ABŞ-nin aparıcı universitet tədqiqatçıları qeyd edirlər ki, həm
UPF-lər, həm də siqaretlər asılılıq yaratmaq və istehlakı artırmaq
məqsədilə xüsusi şəkildə hazırlanır. Araşdırmada bu məhsulların
geniş yayılmış sağlamlıq riskləri arasında mühüm paralellər olduğu
vurğulanır. UPF-lərin və siqaretlərin istehsal prosesləri oxşardır.
İstehsalçılar hər iki halda məhsulun “dozasını” optimallaşdırmağa
və insan beynində mükafat mexanizmlərinə mümkün qədər tez təsir
göstərməyə çalışırlar.

Tədqiqatçılar müqayisələrini asılılıq elmi, qidalanma və ictimai
səhiyyə tarixi üzrə məlumatlara əsaslandırıblar. Tədqiqatçılar
həmçinin “az yağlı” və ya “şəkərsiz” kimi marketinq iddialarının
1950-ci illərdə siqaret filtrlərinin effektivliyi şübhəli olsa da,
qoruyucu yenilik kimi təqdim edilməsinə bənzəyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir