Bu ölkə avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək

Baş səhifə

Bakı. Trend:

2027-ci ildən etibarən Çin avtomobillərdə “gizli” qapı
tutacaqlarını qadağan edəcək və bununla da “Tesla” şirkəti
tərəfindən hazırlanmış bu konstruksiyadan mərhələli şəkildə imtina
edən ilk ölkə olacaq.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, mobil telefon və ya əl ilə basmaqla idarə olunan
gizli tutacaq konstruksiyası təhlükəsizlik baxımından potensial
risklərə görə həm ABŞ-də, həm də Çində diqqət mərkəzinə düşüb.




Çinin Sənaye Nazirliyinin fevralın 3-də yaydığı məlumata görə,
yeni texniki təhlükəsizlik tələblərinə uyğun olaraq, hər bir
avtomobil qapısı həm xarici, həm də daxili tutacaqlarla təchiz
edilməlidir.

Çinin yeni siyasəti avtomobilin xarici tərəfində qapı
tutacaqlarının yerləşdirilməsi və qəza zamanı açılma imkanının
təmin edilməsi üçün onların işləmə qaydaları ilə bağlı tələblər
müəyyən edir. Həmin qaydalar daxili qapı tutacaqlarının aydın
görünməsini də tələb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir