ABŞ-İran danışıqları hələ də qüvvədədir – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

İranın pilotsuz uçuş aparatının vurulmasına baxmayaraq, ABŞ və
İran arasında danışıqlar hələ də bu həftə planlaşdırılır.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt
deyib.




“Xüsusi elçi Vitkoff bu həftə iranlılarla danışıqlara
hazırlaşır. Bu günə olan məlumata əsasən danışıqların keçirilməsi
hələ də qüvvədə qalır”, – deyə K.Livitt “Fox News”a bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp “hərbi güc
tətbiqi də daxil olmaqla, [İranla bağlı] bir sıra variantları
nəzərdə keçirir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir