
Bakı. Trend:
Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini
ziyarət edib.
Trend xəbər verir
ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir
və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx
Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti
işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni
anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran
oxunur.

