
Ötən gün Gəncədə “Kəpəz” klubunun futbolçusunun bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
Metbuat.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Veysəl Rzayev xəstəxanaya yerləşdirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

