AİB Azərbaycanın da iştirak etdiyi karbonsuzlaşdırma üzrə layihəyə texniki yardımı təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Hindistan, İndoneziya,
Filippin, Türkmənistan və Özbəkistanın iştirak etdiyi, sənaye və
dənizçilik kimi karbonsuzlaşdırılması çətin olan sektorların
karbonsuzlaşdırılmasına dəstək məqsədi daşıyan regional texniki
yardım layihəsini təsdiqləyib.

Bu barədə Trend
AİB-ə istinadən məlumat verir.

Bilik və dəstək xarakterli texniki yardım layihəsi bir neçə
mənbə hesabına maliyyələşdiriləcək. Bunlara Texniki Yardım üzrə
Xüsusi Fonddan 500 min ABŞ dolları, “Ağıllı” enerji üzrə
İnnovasiyalar Fondundan 1 milyon ABŞ dolları və İspaniya Texniki
Yardım üzrə Əməkdaşlıq Fondundan 750 min ABŞ dolları daxildir.

Təşəbbüs AİB-in əsas əməliyyat prioritetlərinə uyğundur. Bu
prioritetlərə gender bərabərliyinin təmin edilməsində irəliləyişin
sürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və iqlim və
fəlakət dayanıqlığının gücləndirilməsi, ekoloji dayanıqlılığın
artırılması, idarəetmə sisteminin və institusional potensialın
möhkəmləndirilməsi, eləcə də regional əməkdaşlıq və inteqrasiyanın
inkişafı daxildir.




.Texniki yardım bankın inkişaf etməkdə olan üzv ölkələrinə
emissiyaların azaldılmasının ən çətin olduğu sektorların – sement
və polad sənayesi, gübrə istehsalı, neft-kimya sənayesi və dəniz
nəqliyyatı kimi sahələrin dekarbonizasiyasının sürətləndirilməsində
dəstək göstərilməsinə yönəlib və Paris Sazişinin hədəflərinə
uyğundur. AİB-də qeyd edilib ki, bir sıra ölkələrdə keçid artıq
başlasa da, müxtəlif inkişaf trayektoriyalarını nəzərə alaraq
transformasiyanın tempi əhəmiyyətli dərəcədə sürətləndirilməlidir.
Eyni zamanda, bu keçid ədalətli və inklüziv olmalı, enerji
xidmətlərinin əlçatanlığını, etibarlılığını və bərabər çıxışını
təmin etməlidir.

Xüsusilə, texniki yardım layihəsi bir neçə ölkədə ilkin analitik
işlərin aparılmasını və layihə portfellərinin formalaşdırılmasını,
daha inkişaf etmiş və az inkişaf etmiş iqtisadiyyatlar arasında
bilik və məlumat mübadiləsinin təşviqini, həmçinin regional
əməkdaşlığın inkişafını nəzərdə tutur. AİB vurğulayıb ki,
karbonsuzlaşdırılması çətin olan sahələr üçün regional və qlobal
standartlar xüsusi əhəmiyyət daşıyır, əməkdaşlıq üzrə sazişlər isə
səmərəli ticarət mexanizmlərinin formalaşmasına töhfə verə
bilər.

Texniki yardım çərçivəsində kompleks dəstəyə sahə və ölkə üzrə
qiymətləndirmələrin aparılması, yeni biznes modellərinin
hazırlanması, ilkin texniki-iqtisadi əsaslandırmaların və digər
texniki tədqiqatların hazırlanması, seminarların və siyasi
dialoqların təşkili, karbonsuzlaşdırma texnologiyaları sahəsində
institusional potensialın gücləndirilməsi, eləcə də AİB və digər
inkişaf tərəfdaşları tərəfindən sonradan maliyyələşdirilməsi üçün
pilot layihələrin və investisiya portfellərinin formalaşdırılması
daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir