
Bakı. Trend:
Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə
illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə
ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə
illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0%
olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma
istiqamətində dəyişdirilib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumatda xatırladılıb ki, ötən iclasdan bəri inflyasiya
riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib.
“Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi
fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki
qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı
qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk
idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu
riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın
dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal
effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq.
2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc
amillərinin gözləniləndən çox reallaşması ola bilər”, – məlumatda
qeyd edilib.

