
Bakı. Trend:
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və
bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.
Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1
həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin
AZIR indeksinə təsirini minimallaşdırıb.
Trend AMB-yə
istinadən xəbər verir ki, təminatsız pul bazarında faizlər Mərkəzi
Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət
edir.
Bildirilib ki, dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə
AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı
6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib.
Vurğulanıb ki, 2025-ci ilin iyul və dekabr aylarında iki
mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi
maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə
müşayiət olunub: “Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının
və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla
cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə
alınıb”.

