İtkin kimi axtarılan gənc tapılıb

Baş səhifə

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir