Türkiyədə birja manipulyasiyasına qarşı əməliyyat – çox sayda şəxs saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Türkiyəda mərkəzi İstanbul olmaqla 8 vilayətdə İstanbul
birjasında (Borsa İstanbul) qanunsuz manipulasiyalara qarşı
respublik baş prokurorluğunun istintaqı çərçivəsində əməliyyat
keçirilib.

Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.

İstanbul Respublika Baş Prokurorluğunun bəyanatında qeyd olunub
ki, Kapital Bazarları Şurasının (SPK) şikayəti əsasında aparılan
araşdırma və təhlillər zamanı sosial media hesabları vasitəsilə
EGEEN və JANTS səhmləri üzrə Kapital Bazarları Qanununun 107/2-ci
maddəsində nəzərdə tutulan “məlumat əsaslı bazar fırıldaqçılığı”
cinayətinin törədildiyi müəyyən edilib.




Bu çərçivədə, mütəşəkkil struktur daxilində hərəkət etdikləri
qiymətləndirilən ümumilikdə 22 şübhəlinin saxlanılması üzrə
İstanbul, Ankara, Antalya, Kocaeli, Konya, Batman, Ordu və Amasya
vilayətlərində eyni vaxtda əməliyyatlar həyata keçirilib.

Baş Prokurorluğun açıqlamasında şübhəlilərin ünvanlarında
axtarışların aparıldığı, rəqəmsal materialların götürüldüyü, habelə
şübhəlilər tərəfindən cinayət yolu ilə əldə edildiyi ehtimal olunan
əmlak dəyərləri ilə bağlı araşdırmaların davam etdiyi
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir