
Bakı. Trend:
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti
“Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş
verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü
nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından
“Bağırov” tunelindən keçə bilməyib:
“O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik
tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik
avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisə
zamanı ölən və xəsarət alan olmayıb”.

