Sabah intensiv qar yağacaq

Baş səhifə

Bakı.Trend:

Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə
yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən
şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti,
gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.




Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların
buz bağlayacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz
əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3
dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir