Sumqayıtda evdən məişət əşyaları oğurlayan iki şəxs saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki
naməlum şəxs qapısı açıq qalmış bir evin həyətinə daxil olaraq 2000
manat dəyərində məişət əşyalarını oğurlayıblar.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, bu barədə zərərçəkən polisə müraciət edib.




Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən
edilərək saxlanılıblar. Araşdırma zamanı onların bir müddət əvvəl
həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından
istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu
məntəqələrinə satdıqları məlum olub.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir