Azərbaycan Ukrayna müharibəsinə görə 4 nəfəri həbs edib

Baş səhifə
Videonun alt yazısı, Azərbaycan Ukrayna müharibəsinə görə 4 nəfəri həbs edib

Azərbaycan Ukrayna müharibəsinə görə 4 nəfəri həbs edib

Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün 4 Azərbaycan vətəndaşı həbs olunub, Dövlət Təhlükəsizlik Xidməti fevralın 3-də açıqlayıb.

Qurum onların 2026-cı ilin yanvarında saxlanıldığını bildirib.

DTX deyir ki, onların Rusiya və Ukrayna silahlı birləşmələrində döyüşmələri sübuta yetirilib.

Həbs edildiyi deyilən şəxslərin bu ittihama münasibəti bəlli deyil.

Onlardan 3-nün 32-35 yaş aralığında olduğu deyilir, digərinin təvəllüdü göstərilməyib.

DTX cinayət işinin detalları barədə əlavə məlumat verməyib.

Ancaq bildirib ki, Rusiya-Ukrayna müharibəsində xeyli Azərbaycan vətəndaşı həlak olub, itkin düşüb və ya yaralanıb.

Bəziləri isə əsirlikdə saxlanılır.

DTX həbs edilən şəxslərin Rusiya, yoxsa Ukrayna tərəfdən döyüşdüyü barədə açıqlama verməyib.

Bundan əvvəl, ötən ilin dekabrında Baş Prokurorluq açıqlamışdı ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları var və bəziləri artıq cinayət məsuliyyətinə cəlb olunub.

Baş Prokurorluq bildirmişdi ki, başqa ölkələrin silahlı münaqişələrində iştirak etmiş şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs gözləyir.

Baş Prokurorluq, nə də DTX Rusiya-Ukrayna müharibəsində ölən, itkin düşən və ya əsir saxlanan Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir