Xaçmaz Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi həyata keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti
orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli
gələn məsələlərin həllinə dair iclas keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni fərmana
əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında həyata keçirilən
optimallaşma haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident
cənab İlham Əliyevin fərmanı yerli icra hakimiyyəti orqanlarının
strukturunun dövlət qulluğu haqqında Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq təşkili, optimallaşdırılması və onların
fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edəcək.

İclasda həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı
aparatının baş məsləhətçisi Yaqut Məsimovanın yaş həddi ilə
əlaqədar təqaüdə göndərildiyi bildirilib.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yaqut Məsimovaya
xoş arzularını çatdırıb, onu rayonun ictimai həyatında fəal
iştirakına və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə
görə Fəxri Fərmanla təltif edib.

Yaqut Məsimova dövlət qulluğunda çalışmağın böyük şərəf və
məsuliyyət olduğunu qeyd edərək göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Həmçinin rayon rəhbərinə təşəkkürünü ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir