Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs reanimasiyada öldü

Baş səhifə

Bakı.Trend:

1977-ci il təvəllüdlü Əli Nağıyev 03.02.2026-cı il tarixində
saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır
vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə
yerləşdirilib.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasından
məlumat verilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli
əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli
kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün
gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah
nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması
diaqnozları təyin edilib.




Bildirilir ki, sol alın təpə gicgah nahiyədə dekompressiv
trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah
subdural, sol gicgah payının beyindaxili hematomasının xaric
edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra
olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq,
onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm
faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının iki
yeniyetmə övladını baltalayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir