İspaniyada güclü qasırğa ilə əlaqədar minlərlə insan təxliyə olunur

Baş səhifə

Bakı.Trend:

İspaniyanın cənubunda yerləşən Əndəluz muxtar icmasında güclü
yağışlarla müşayiət olunan qasırğa səbəbindən təhlükəsizlik
məqsədilə 3 mindən çox insan təxliyə edilib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar
xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.




Xidmətin məlumatına görə, “daşqınlara məruz qalan ərazilərdən
(Kadis, Xaen və Malaqa)əyalətlərində ehtiyat tədbiri olaraq 3
mindən çox insan təxliyə edilib”. Bundan əlavə, əlverişsiz hava
şəraiti dəmir yolu əlaqəsinin pozulmasına, bir sıra avtomobil
yollarında hərəkətin bağlanmasına, limanların fəaliyyətinin
dayandırılmasına və su basmalarına səbəb olub. Həmçinin çoxsaylı
insidentlər qeydə alınıb.

Əndəluz hakimiyyəti əlverişsiz hava şəraiti ilə əlaqədar
regionun demək olar ki, bütün ərazisində məktəblərdə dərsləri
təxirə salıb. İspaniyanın Dövlət Meteorologiya Agentliyi ölkənin
cənubunda güclü yağışlar və küləyin şiddətli əsən qasırğalı
küləkləri səbəbindən əlverişsiz hava şəraiti barədə xəbərdarlıq
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir