Narkotik maddə insanı necə dəyişir? – Səhiyyə Nazirliyindən xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Narkotik maddənin ilkin qəbulu və onun orqanizmə təsiri,
maddənin klinik effektivliyi, onun hansı qrupa daxil olmasından
asılıldır.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov açıqlayıb.

Onun sözlərinə görə, ən geniş yayılmış narkotik olan opioidlər,
onların sintetik və yarısintetik formalarının qəbulu zamanı mərkəzi
sinir sisteminə təsiri ilə eyforiya, rahatlıq, sakitlik hissi,
sedasiya, yuxululuq, diqqət və reaksiyaların zəifləməsi, nitqin
biraz ləngiməsi, bəbəklərin daralması, tənəffüsün ləngiməsi və
yavaşıması, bradikardiya, təyziqin azalması, ürəkbulanma, qusma,
ağızda quruluq, qəbizlik olur:




“Doza artdıqca tənəffüsün daralması və koma riski artır. Digər
geniş yayılmış narkotik maddə olan kannabinoidlərin qəbulu zamanı
rahatlama, eyforiya, diqqət, yaddaş, reaksiyaların azalması, gülmə
tutmaları, səbrsizlik, sevinc, bəzən panika, paranoid düşüncələr,
işığa həssaslıq, gözlərin qızarması, taxikardiya, təyziqin düşməsi,
iştahın artması, bəzən ürəkbulanma, tərləmə, hərəkətlərin ləngiməsi
və.s müşahidə olunur. Yüksək doza panik atak, psixotik əlamətləri
ilə özünü göstərir”.

Baş direktor bildirib ki, psixostimulyatorların qəbulu (məsələn,
amfetamin, metamfetamin, kokain və s.) zamanı enerji və oyanıqlığın
artması, eyforiya, özünə inamın artması, yuxusuzluq, diqqətin
artması, həyəcan, bəzən aqressiv hallar müşahidə edilir:

“Doza yüksək olanda panika, paranoid düşüncələr,
hallüsinasiyalar, bəbəklərin genişlənməsi, taxikardiya, təyziqin
yüksəlməsi, hərarətin yüksəlməsi, bir yerdə dayana bilməmək, diş
qıcaması, iştahanın azalması, çəkinin itməsi baş verir. Şəxsin
narkotik maddənin qəbul edib-etməməsinin müəyyən etmənin sadə
üsulu, narkotestlər vasitəsilə sidikdə müəyyən olunmasıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir