
Bakı. Trend:
Britaniyalı hərbçilər Estoniyada Rusiyaya məxsus sərhəddən cəmi
bir neçə kilometr məsafədə yerləşən ərazidə ekstremal hava
şəraitində təlimlərdə iştirak edirlər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Hərbi manevrlər NATO-nun “Winter Camp” adlı təlimi çərçivəsində “Tapa” hərbi bazasında keçirilir. Həmin ərazidə hava temperaturunun
bəzən mənfi 30 dərəcəyə (selsi) qədər düşdüyü bildirilir. Atlantik
Alyansın rəhbərliyi beləcə müttəfiq qüvvələrin sərt soyuq
mühitlərdə fəaliyyət imkanlarını ciddi şəkildə sınaqdan
keçirir.
“Royal Anglian” alayının komandiri kapitan Hemiş MakKellar
bildirib ki, əsgərlər bel və sinəyə qədər çatan qarlı şəraitlə
üzləşmələrinə baxmayaraq verilən əmrləri təmkinli və inamlı şəkildə
yerinə yetirirlər.
Hərbi manevrlərdə 1250-ə yaxın hərbçi iştirak edir.

