Qəzzada ölən fələstinlilərin sayı 72 minə çatır

Baş səhifə

İsrailin Qəzza zolağına bugünkü hücumları nəticəsində 21 nəfər ölüb.

APA Misir mətbuatına istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ötən il oktyabrın 10-da imzalanan atəşkəsdən bəri Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 556 nəfərə çatıb.

Son hücumlar nəticəsində isə 38 nəfər xəsarət alıb. Beləliklə, atəşkəsdən sonra yaralananların sayı 1 500 nəfərə yüksəlib.

2023-cü ilin oktyabr 7-dən etibarən Qəzzada ölən fələstinlilərin sayı isə 71 800-ü ötüb, 171 600-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, ötən il oktyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında atəşkəs razılaşması əldə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir