
Bakı. Trend:
Avropa artıq Rusiya ilə müharibə vəziyyətindədir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik
xidmətinin baş katibi Belen Martines Karbonel “Pais” qəzetinə
verdiyi müsahibəsində bildirib.
“Biz artıq Rusiya ilə müharibə vəziyyətindəyik… Avropa
ölkələrinin vətəndaşlarının səfərbər edilməsi və döyüşlərdə
iştirakı məsələsinə gəlincə, mən bunu baş verməyəcəyini düşünməyə
üstünlük verirəm”, – deyə o bildirib.
Karbonel qeyd edib ki, Avropa İttifaqı “ədalətli və davamlı
sülh” əldə etməyə çalışmalıdır və bunun üçün ABŞ-nin dəstəyi
zəruridir. Onun sözlərinə görə, Aİ ölkələri prioritetlərin
dəyişdiyinin fərqində olmalıdır: müdafiə qabiliyyətinin
gücləndirilməsi resursların yenidən bölüşdürülməsini tələb edəcək
və Avropalıların alışdığı müəyyən komfort səviyyəsindən imtina ilə
nəticələnə bilər.

