Bu qəzetdə kütləvi ixtisarlar başladı

Baş səhifə

“The Washington Post“ maliyyə problemlərinə görə əməkdaşların kütləvi ixtisarına başlayır.

Modern.az xəbər verir ki, bu barədə “Reuters“ mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qəzet idman bölməsini tamamilə ləğv edəcək və beynəlxalq xəbərlər bölməsinin əməkdaşlarının sayını azaldacaq.

Nəşrin İcraçı redaktoru Matt Murray ixtisarlar barədə əməkdaşları məlumatlandırıb. Eyni zamanda, qeyd olunub ki, ixtisarlar bütün şöbələri əhatə edəcək.

O da bildirilib ki, qəzet siyasət və dövlət idarəçiliyi mövzularında yazılara yer ayırmağa davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir