Orucəli Rzayev vəfat etdi –

Baş səhifə

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

Metbuat.az Teleqraf.com-a istinadən xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, O.Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir