Fransa Silahlı Qüvvələri 2026-cı ildə rekord həcmdə silah sifarişi verəcək

Baş səhifə

Bakı. Trend:

Fransa Silahlı Qüvvələri 2026-cı ildə ümumi dəyəri 42 milyard
avro olan silah sifarişləri verməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Fransa Silahlanma üzrə Baş İdarəsinin (DGA)
rəhbəri Patrik Payu planlaşdırılan sifarişlərin miqyasına diqqət
çəkərək bildirib: “Biz heç vaxt bu qədər sifariş verməmişik”.




BFMTV-nin qeyd etdiyi kimi, əsas sifarişlər sursatlara, xüsusilə
Meteor və AASM raketlərinə, eləcə də Griffon, Serval və Jaguar
tipli zirehli maşınlara aid olacaq. Bundan başqa, orta müddətli
perspektivdə yeni freqat üçün sifarişlərin verilməsi və Rafale
qırıcılarının modernləşdirilməsi ilə bağlı müqavilələrin bağlanması
nəzərdə tutulur.

Telekanal əlavə edir ki, 2025-ci il üçün ən iri sifarişlər
sırasında yeni nəsil təyyarədaşıyan gəmi (PANG) layihəsi üzrə
işlərin başlanması, həmçinin sualtı qayıqlarda yerləşdirilən M51
ballistik raketlərinin modernləşdirilməsi proqramı yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir