ABŞ-də kommersiya neft ehtiyatları bir həftədə 3,5 milyon barel azalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 3,5
milyon barel azalaraq 30 yanvar 2026-cı il tarixinə 420,3 milyon
barel təşkil edib.

Trend xəbər verir
ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.




Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin bu
dövrü üçün beş illik orta göstəricidən 2 faiz aşağıdır.

Bakı vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICE
birjasında 2026-cı ilin aprel ayı üçün Brent markalı xam neftin
fyuçerslərinin qiyməti 0,4 faiz artaraq bir barel üçün 67,6 dollara
yüksəlib. Eyni zamanda, mart ayı üçün WTI xam neftin fyuçersləri
0,24 faiz bahalaşaraq bir barel üçün 63,36 dollar təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir