Tramp və Si Cinpin Ukrayna böhranı və İran ətrafındakı vəziyyəti müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Çin Xalq
Respublikasının Sədri Si Cinpinlə Ukraynadakı böhranı və İran
ətrafındakı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə ABŞ lideri “Truth Social” platformasında paylaşım
edib.

Donald Trampın sözlərinə görə, telefon danışığı uzun və ətraflı
olub və bir çox mühüm mövzuları əhatə edib. Müzakirələr zamanı
ticarət və hərbi məsələlər, aprel ayında Çinə planlaşdırılan səfər,
Tayvan, Rusiya ilə Ukrayna arasında müharibə, İran ətrafında
vəziyyət, Çinin ABŞ-dən neft və qaz alışı, həmçinin Çinin əlavə
kənd təsərrüfatı məhsullarının, o cümlədən cari mövsümdə soya
paxlası alışını 20 milyon tona qədər artırmaq imkanları gündəmə
gətirilib.




Tramp qeyd edib ki, növbəti mövsüm üçün Çin 25 milyon ton soya
paxlası almağı öhdəsinə götürüb. Bundan başqa, aviasiya
mühərriklərinin tədarükü və digər mövzular da müzakirə edilib.

Çin Mərkəzi Televiziyasının daha əvvəl yaydığı məlumata görə,
telefon danışığı zamanı Si Cinpin Trampı iki ölkə arasında dinc
yanaşı yaşama prinsipini qorumağa çağırıb və ABŞ silahlarının
Tayvana tədarükü məsələsinə ehtiyatla yanaşmağı tövsiyə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir