Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri start götürüb

Baş səhifə

Bakı. Trend:

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq
turnirinə start verilib.

Trend xəbər verir
ki, “Zaqreb Open” adlanan ənənəvi yarışda ölkəmizi qadın güləşi
üzrə milli komandamız təmsil edir.




Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn
Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran və Elnurə
Məmmədova (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva
(57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra
Kərimzadə (72 kq) xalçaya çıxacaqlar.

Qeyd edək ki, turnirdə I dərəcəli hakim Əli Babayev ədaləti
qoruyacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir