
Bakı. Trend:
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində
indiyədək 55 min ukraynalı hərbçi həlak olub.
Trend xəbər verir
ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “France 2”
telekanalına müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, döyüş meydanında həlak olan
hərbçilərin — həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuş
şəxslərin — rəsmi sayı 55 min nəfərdir.
Volodimir Zelenski, eyni zamanda, Ukraynanın itkin düşmüş hesab
etdiyi çox sayda insanın da olduğunu vurğulayıb.

