
Bakı. Trend:
“Napoli”nin müdafiəçisi və kapitanı Covanni Di Lorentso yaxın
vaxtlarda əməliyyat olunacaq.
Trend xəbər verir
ki, futbolçu A Seriyasının 23-cü turunda “Fiorentina”ya qarşı
keçirilən və “Napoli”nin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda
zədə alıb və 30-cu dəqiqədə meydanı tərk etmək məcburiyyətində
qalıb.
Klubun rəsmi saytının məlumatına görə, sol diz zədəsindən tam
sağalmaq üçün tələb olunan müddət nəzərə alınaraq, klubla razılıq
əsasında Covanni Di Lorentso yaxın bir neçə saat ərzində sol
ayağından əməliyyat ediləcək.
Qeyd edək ki, Covanni Di Lorentso cari mövsümdə A Seriyasında
“Napoli”nin bütün oyunlarında iştirak edib, bir qol vurub və bir
məhsuldar ötürmə ilə yadda qalıb.

