Azərbaycanda 2026-cı ildə istehsal olunacaq Avro-5 benzininin və dizel yanacağının həcmi məlum olub (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cı ildə Euro-5
standartına uyğun 1.4 milyon ton avtomobil benzini, 2.3 milyon ton
dizel yanacağı istehsalı planlaşdırılıb

Bu barədə Trend-in
sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR)
bildiriblər.

SOCAR-dan verilən məlumata görə, 2025-ci ildə Euro-5 standartına
uyğun 1.5 milyon ton avtomobil benzini, 2.5 milyon ton dizel
yanacağı istehsal edilib.




“Neft emalı və neft-kimya sahəsinin etibarlı, təhlükəsiz,
ekoloji cəhətdən təmiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi
əsas məqsəd olaraq müəyyən edilib.

Bu çərçivədə ölkə daxilində mühərrik yanacaqlarına olan
tələbatın ödənilməsi, idxal neftinin emal imkanlarının artırılması
və neft-kimya xammalının stabilliyinin təmin edilməsi prioritet
istiqamətlər kimi müəyyənləşdirilib. 2026-cı ildə də bu istiqamətdə
tədbirlərin həyata keçirilməsi planlaşdırılır”, – deyə şirkətdən
bildiriblər.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodu benzin,
aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft
məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas
hissəsini ödəyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir