
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask Tacikistanda “Starlink” peyk
rabitəsi sistemini işə salıb.
Trend xəbər verir
ki, bu barədə “SpaceX”in sahibi öz rəsmi “X” səhifəsində paylaşım
edib.
““Starlink” artıq Tacikistanda əlçatandır”, -deyə o yazıb.
Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkətinin
layihəsidir və məqsədi Yer ətrafında minlərlə peyk yerləşdirərək
bütün dünyaya sürətli internet verməkdir.
Xüsusilə ucqar kəndlərdə, dağlıq ərazilərdə və internetin zəif
olduğu yerlərdə əlaqəni yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Bununla da kabel və ya mobil şəbəkə olmayan yerlərdə internetdən
istifadə mümkün olur.

