
Bakı. Trend:
2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində
ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə
olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi
Mərkəzdən məlumat verilib.
“Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və
sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki
Tibbi Mərkəzin Reanimasiya şöbəsinə zəruri tibbi xidmətlər
göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib”, – məlumatda qeyd
edilib.
Əldə etdiyimiz məlumata görə, məktəb rəhbərliyi və BŞTİ-nin
nümayəndələri də səhiyyə müəssisəsində olub, məktəbliyə baş çəkib,
həkim və valideynlərlə görüşüblər. Məktəblinin müayinə və müalicəsi
istiqamətində aparılan tədbirlər diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, ötən gün 163 nömrəli tam orta ümumtəhsil
məktəbinin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində məktəbin
pəncərəsindən yıxılıb. O, sol biləyin sınığı diaqnozu ilə Kliniki
Tibbi Mərkəzə hospitalizasiya olunub.

