
Bakı. Trend:
Yüksək Günəş aktivliyi nəticəsində planetar miqyasda maqnit
qasırğalarının başlanğıcı qeydə alınır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun və Günəş–Yer Fizikası İnstitutunun
Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
“Mövcud mərhələdə səviyyə G1 (zəif qasırğalar) təşkil edir,
lakin gün ərzində G2–G3 səviyyəsinədək yüksəlmə mümkündür. Bu
qasırğalar kəskin şəkildə ifadə olunmuş tək bir səbəbə malik deyil
və ayın əvvəlindən müşahidə olunan son dərəcə yüksək Günəş
aktivliyinə Yer maqnitosferinin ümumi reaksiyasıdır”, – məlumatda
bildirilir.
Qeyd olunur ki, maqnit qasırğasına 2 fevralda son 1,5 il ərzində
baş vermiş ən güclü X8.1 sinifli alışma zamanı kosmosa atılmış
plazma buludunun kənarının Yerə çatması səbəb olub.

