
Bakı. Trend:
SOCAR AQŞ İraqda layihələrini genişləndirir və yeni tenderlərdə
iştirak edir.
Trend xəbər verir
ki, bu barədə SOCAR AQŞ-in Türkiyə üzrə meneceri Elvin Nəsibov
Bakıda keçirilən “IADC Drilling Caspian 2026” konfrans və sərgisi
çərçivəsində bildirib.
Onun sözlərinə görə, şirkət regionda bazardakı mövcudluğunu
genişləndirmək məqsədilə müxtəlif tenderlərdə iştirak edir.
“Xüsusilə, hazırda özəl operator “Crescent Petroleum” ilə “1+4″sxemi üzrə qazma layihəsinin icrası üçün tenderə müraciət
təqdim olunub: əvvəlcə bir kəşfiyyat quyusunun qazılması nəzərdə
tutulur və uğurlu nəticələr əldə olunacağı, kommersiya hasilatı
təsdiqlənəcəyi təqdirdə daha dörd quyu qazılacaq.
Bundan əlavə, şirkət “Basra Oil Company” ilə birgə 2000 at
gücünə malik qurğulardan istifadə etməklə qazma işləri üzrə
tenderdə iştirak edir.
Qazma üzrə menecerin sözlərinə görə, Türkiyə və İraqdakı
layihələr şirkətin əhəmiyyətli beynəlxalq təcrübəsini nümayiş
etdirir və onun dünya üzrə təhlükəsiz və yüksək keyfiyyətli qazma
xidmətləri göstərməyə sadiqliyini təsdiqləyir”.

