Azərbaycan ötən il MDB ölkələri ilə 7,6 milyard dollarlıq ticarət əməliyyatları aparıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 7,635 milyard ABŞ
dolları təşkil edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəki
göstərici ilə müqayisədə 706,4 milyon ABŞ dolları və ya 10,2%
çoxdur.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il Azərbaycanın
MDB ölkələrinə ixracının dəyəri 4% artaraq 1,767 milyard ABŞ
dolları, idxalının dəyəri isə 12,2% artaraq 5,231 milyard ABŞ
dolları olub.

Ötən il ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında
payı 7,06%, idxalında payı isə 24,07% olub.

Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarət
dövriyyəsi ardıcıl olaraq Rusiya, Özbəkistan və Qazaxıstan ilə
formalaşıb.




Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,920
milyard ABŞ dolları (+2,5%), Özbəkistan ilə 795,2 milyon ABŞ
dolları (3,1 dəfə çox), Qazaxıstan ilə isə 670,6 milyon ABŞ dolları
(1,4 dəfə çox) təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir