“Qoşulmama Hərəkatının Gənclər Həftəsi” açıq dialoq üçün yaradılmış bir platformadır – Leyla Həsənova

Baş səhifə

Bakı. Trend:

“Qoşulmama Hərəkatının Gənclər Həftəsi” açıq, səmimi və
nəsillərarası dialoq üçün yaradılmış bir platformadır.

Trend xəbər verir
ki, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının sədri Leyla
Həsənova Bakıda keçirilən “Qoşulmama Hərəkatının Gənclər Həftəsi”
tədbirində bildirib.

“Yaxın günlər ərzində biz qeyri-müəyyənlik şəraitində
diplomatiya, dayanıqlı inkişaf və enerji keçidi, şəhər inkişafı,
həmçinin gənclərin beynəlxalq və siyasi yönümlü sahələrdə mənalı
karyera qurması üçün zəruri olan bacarıqları müzakirə edəcəyik. Bu
müzakirələr qlobal çağırışları, eləcə də Qoşulmama Hərəkatının əsas
dəyərlərini əks etdirir və əməkdaşlıq, dialoq və qarşılıqlı hörməti
ehtiva edir”, – deyə o bildirib.




Onun sözlərinə görə, bu həftə müzakirələrlə kifayətlənməməyə
həsr olunub. Söhbət ideyaların fəaliyyətlə, siyasətin isə
insanlarla vəhdətindən gedir.

“Biz tez-tez eşidirik ki, gənclər sabahın liderləridir, lakin
onlar artıq bu gün də fəal iştirakçıdırlar, yeni baxışlar,
məsuliyyət və həll yollarının tapılmasına səmimi sadiqlik
gətirirlər”, – deyə L. Həsənova qeyd edib.

O vurğulayıb ki, tədbirə 100-dən artıq iştirakçı qatılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir