Odlu silah gəzdirmək bu halda cinayət sayılmır? – ŞƏRH

Baş səhifə

Bakı. Trend:

Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə,
saxlama, gəzdirmə əməlinin az əhəmiyyətli olduğu hallarda cinayət
sayılması ehtimallarına aydınlıq gətirilib.

Trend-in
məlumatına görə, bu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında öz
əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, cinayət qanununda nəzərdə
tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin)
əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az
əhəmiyyətli olduğuna görə
ictimai təhlükəli sayılmayan,
yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya
zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya
hərəkətsizlik) cinayət hesab edilmir. Yəni,
şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə
zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti
yaratmır
.

Lakin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,
döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş
sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə 2
ilədək
müddətə islah işləri və ya 2 ildən 3
ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya
3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.




Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 14.2 (az
əhəmiyyətli əməllər) ilə 228.1 (qanunsuz silah və döyüş sursatı
dövriyyəsi) maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxıb.

Konstitusiya Məhkəməsinin qərarına görə, “az
əhəmiyyətlilik
” xüsusiyyəti qiymətləndirici xarakter
daşıdığından yuxarıdakı abzasda göstərilən tərkib əlamətlərinin
mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin
faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar
tərəfindən (istintaq, prokurorluq və məhkəmə orqanları) müəyyən
edilir.

Bildirilib ki, bu zaman döyüş sursatının kəmiyyət
göstəricisi
(patronun sayı) hüquq pozuntusunun ictimai
təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər
göstəricilər
lə (motiv, məqsəd, əməlin törədildiyi məkan,
zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Qeyd edilib ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması
üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum
hədd müəyyən edilməyib. Bunun səbəbi odur ki, döyüş sursatları
müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir
ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə
yaratmaq potensialı mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir