
Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü başlayıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
“Əbu–Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, – Umerov qeyd edib.

