
Bakı. Trend:
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli
danışıqların ikinci günü start götürüb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə fevralın 5-də Ukraynanın Milli
Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerov
məlumat verib.
“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb”,- deyə o,
Telegram kanalında yazıb.
Onun sözlərinə görə, danışıqları əvvəlki formatlarda aparılır:
üçtərəfli məsləhətləşmələr keçirilir və bundan sonra mövqelərin
əlaqələndirilməsi həyata keçirilir.
Günün nəticələri barədə daha sonra məlumat veriləcəyi
bildirilir.

