Azərbaycan dilinin saflığının qorunması hər bir dövlət qulluqçusunun məsuliyyətidir – Mədəniyyət naziri

Baş səhifə

Bakı.Trend:

Azərbaycan dilinin saflığının qorunması, düzgün terminoloji
yanaşmanın təmin olunması hər bir hüquqşünasın və dövlət
qulluqçusunun məsuliyyətidir.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri
Adil Kərimli bu gün “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı
zamanı deyib.




Nazir bildirib ki, norma yaradıcılığı prosesində bir anlayışı
ifadə edən müxtəlif terminlərin istifadəsi hüquqi qeyri-müəyyənlik
yaradır. Buna görə də bu məsələlərdə həssaslıq göstərilməsi son
dərəcə vacibdir.

“Azərbaycan dilinin zənginliyinin qorunması dövlət siyasətinin
əsas prioritetlərindən biridir və bu istiqamətdə hər birimizin
mənəvi məsuliyyəti var. Mən bu sahədə hüquqşünaslarımızı daha fəal
mövqe tutmağa və milli hüquqi terminologiyanın inkişafına töhfə
verməyə çağırıram”, – deyə nazir əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir