Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6,5 faiz artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50,3
milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50,3
milyon manat çoxdur.

Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467,1 milyon
manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42,1 milyon manat
vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan
vergi daxilolmaları 88,9 milyon manat və ya 6,5 faiz artıb.

Ödənilən vergilərin 71,6 faizi qeyri-neft-qaz sektorunun, 28,4
faizi isə neft-qaz sektorunun payına düşüb.




2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları
üzrə daxilolmalar 468,0 milyon manat olub. Bu mənbədən daxilolmalar
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6
milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə
daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8,2 faiz artaraq
347,5 milyon manata yaxın təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb və 17,2 milyon manatdan
çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 faiz
artaraq 14,5 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin
yanvar ayına nisbətən 1 faiz artıb və 80,2 milyon manata yaxın
olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 faiz artaraq
62,4 milyon manatdan artıq təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir